Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Nikol ABŞ-da Sərkisyandan daha pis vəziyyətə düşdü

Baxılıb: 399     Tarix: 25-09-2018 15:28   

Paşinyanın ikibaşlı oyunu Ermənistanı dərin siyasi böhrana sürükləyir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Dağlıq Qarabağ problemi çözülməyənə qədər Ermənistanda iqtisadi və siyasi böhran da həllini tapmayacaq:
“Təəssüf ki, Ermənistanın siyasi elitası və Paşinyan bunu heç cür dərk etmir və ya bu istiqamətdə hansısa əməli tədbirlərin həyata keçirilməsində acizdirlər. Ermənistan rəhbərliyi indi də Qarabağ problemi amilini nəzərə almadan digər məsələləri həll etmək niyyətində olduğuna dair görüntü yaratmağa çalışır. Bunun bir məntiqi nəticəsi var, o da Ermənistanın daxili vəziyyətinin pisləşməsi ilə yanaşı, xaricdəki nüfuzunun da aşağı düşməsidir. Belə olan halda da təbii ki, heç bir ölkə Ermənistanla əməkdaşlıqda maraqlı olmaz. Çünki Ermənistan üçün siyasi arenada əməkdaşlıq nəticə etibarilə kimdən nəsə ummaq deməkdir. İşğalçının siyasi resursları və vəsaiti yoxdur, hərbi resursları isə çox məhduddur. Ona görə də Ermənistan daim ABŞ, Rusiya və Çindən nəsə umur. Bu isə dilənçilik siyasətindən başqa bir şey deyil. Əlbəttə ki, bu cür ölkəni və onun başçısını da hazırda heç kəs ciddi qəbul etmir. ABŞ-ın hazırda əsas məqsədi dünyanın aparıcı ölkələri ilə münasibətlərini tənzimləməkdir. ABŞ-a Ermənistan kimi ölkələrə vaxt ayırmaq sərf etmir. Paşinyan isə hələ də real vəziyyəti dərk edib, bundan nəticə çıxarmır. Ötən il Sərkisyanın da ABŞ-a səfəri uğursuzluqla nəticələndi. Ancaq Paşinyandan fərqli olaraq, Sərkisyanı heç olmasa Dövlət Departamenti rəhbərinin müavini qəbul etdi. Paşinyanı heç onlar da qəbul etmir. ABŞ-la bir nəticə əldə etməyən kimi Ermənistan dərhal Rusiya ilə oynamağa başlayır. Moskva bunu çox gözəl başa düşür, ona görə də Putinlə danışıqlar İrəvana konkret xeyir gətirmədi. Üstəlik, KTMT-yə rəhbərlik də artıq Ermənistandan alınır. Təkcə bu iki fakt Paşinyanın ikibaşlı oyununun fiaskoya uğradığını söyləmək üçün yetərlidir. Belə bir vəziyyət isə Azərbaycanın xeyrinədir”.
Politoloq çıxılmaz vəziyyətdə olan və siyasi nüfuzunu itirən Ermənistanın dünya gücləri üçün heç bir maraq kəsb etmədiyini deyib:
“Azərbaycanın siyasi nüfuzu getdikcə artır. O üzdən də hesab edirəm ki, həmsədrlər və dünya gücləri Qarabağ məsələsinə kifayət qədər ciddi yanaşmalıdırlar. Nə qədər ki, dünya Ermənistanın apardığı bu siyasətə göz yumacaq və işğalçını şərti də olsa, sığortalayacaq, vəziyyət dəyişilməz olaraq qalacaq. Bu isə son nəticədə yeni hərbi qarşıdurma vəziyyətinin yaranmasına gətirib çıxara, bütövlükdə regionu təhlükəyə ata bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər