Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Van İ ABŞ-a gələn kimi onunla görüşdü

Baxılıb: 448     Tarix: 26-09-2018 11:20   

BMT Baş Assambleyası çərçivəsində Çin Xarici İşlər naziri Van İ ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Kissincer Pekinlə Vaşinqton arasında münasibətlərin uzunmüddətli inkişafına optimist baxdığını bildirib. O, ABŞ və Çinin çoxsaylı regional və beynəlxalq problemlərə qarşı əməkdaşlığı gücləndirməli olduğunu deyib:
“ABŞ-da Çinə qarşı səsləndirilən sərt fikirlər çoxluğun rəyi deyil. Çin və ABŞ bir sıra məsələlərdə fərqli baxış bucağına malikdirlər, amma onlar qarşıdurmaya girə bilməzlər. Bu, tərəflərdən heç birinin maraqlarına uyğun gəlmir”.
Qeyd edək ki, Kissincer ABŞ-ın son 40 ildə Çinlə bağlı formalaşdırdığı siyasətin əsas müəllifi sayılır. Məhz onun aktiv fəaliyyətləri sayəsində Çin keçən əsrin 70-80-ci illərindən etibarən ABŞ-la münasibətləri yaxşılaşdıraraq, SSRİ ilə münasibətlərini soyuqlaşdırmağı bacardı.
Bəzi ABŞ KİV-ləri Kissinceri Trampın Çin məsələsində qeyri-rəsmi müşaviri adlandırır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar