BMT-də rus diplomatlara bu sözü qadağan etdilər – Şok
Baxılıb: 381 Tarix: 26-09-2018 11:30
BMT İnsan Hüquqları Şurasının 39-cu sessiyası katibliyinin nümayəndələri Rusiya hüquq müdafiəçilərinə təşkilatdakı çıxışlarında “Krım” sözündən istifadəni qadağan etməyə çalışdı.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında “Kırım Respublikasının Daimi Nümayəndəliyi” ilə beynəlxalq hüquq məsələləri üzrə işçi qrupunun rəhbəri Aleksandr Moloxov danışıb.
Moloxov 25 sentyabrda BMT kürsüsündə çıxış edib. Rus diplomat öz çıxışını ABŞ, Ukrayna və Avropa ölkələrinin tətbiq etdiyi “Krım sanksiyaları”na həsr edib. Onun həmkarı Sergey Pinçuk da çıxışı zamanı BMT-ni Krım tatarlarının hüquqlarını pozan Ukraynaya qarşı təzyiq göstərməyə çağırıb.
Moloxovun sözlərinə görə, qaydalara uyğun olaraq çıxış zamanı səsləndiriləcək hesabatın bir nüsxəsi əvvəlcədən təşkilatçılara göndərilir. Bu dəfə isə kimliyi naməlum şəxslər hesabat mətnlərini redaktə etməyə çalışıblar.
“Rusiya nümayəndə heyəti ilə BMT arasındakı işgüzar yazışmalarda bizim hesabatlarda “Krım” sözündən istifadə etməyə hüququmuzun olmadığı deyilirdi. Yalnız “Krım Muxtar Respublikası” və “vergül”dən sonra Ukrayna yazmaq olar. Vəziyyət gülünc həddə çatdı. Vəziyyətin absurd olduğunu vurğulamaq üçün bütün ciddiyyətimizlə biz də o zaman “Krım tatarları” söz birləşməsini “Ukrayna tatarları” ifadəsi ilə əvəz etməyi təklif etdik”, - Moloxov bildirib.
Ən çox oxunanlar
Son xəbərlər