Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xameneinin ivrit dilindəki hesabı bağlandı

Baxılıb: 935     Tarix: 28-10-2024 13:25   

“X” sosial şəbəkəsi İranın ali lideri Əli Xameneinin ivrit dilindəki hesabını bağlayıb.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, hesabın bağlanması “X”in qaydalarının pozulması ilə izah edilib.
Xamenei ivrit dilində olan sözügedən hesabı bir neçə gün əvvəl yaratmışdı. O, həmin səhifədə paylaşımında İsrailin İrana hücumunu tənqid edib.
O bildirib ki, İsrail bununla səhvə yol verib. Paylaşımdan bir neçə saat sonra hesab “X” tərəfindən bağlanıb.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisini kütləvi raket atəşinə tutub. İran İslam İnqilabı Keşiçkiləri Korpusu hücumun HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın öldürülməsinə cavab olduğunu bildirib.
Oktyabrın 26-da isə İsrail hərbçiləri İranın hücumuna cavab olaraq ölkənin hərbi obyektlərinə zərbə endirib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar