Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Trampın təklifi İsraili ayağa qaldırdı

Baxılıb: 537     Tarix: 27-09-2018 17:04   

ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail məsələsinin həlli ilə bağlı səsləndirdiyi “düşünürəm ki, ikidövlətli həll yolu ən yaxşısı olacaq” ifadəsi İsrailin Baş naziri Benyamin Netanyahunun liderlik etdiyi Likud Partiyası üzvlərinin və koalisiyadakı nazirlərin sərt tənqidinə səbəb olub.
Qanunvehedef.az xəbər verir ki, “Tayms of İsrail” Netanyahunun Vaşinqtonun ikidövlətli həll yoluna müraciət olunacağı halda İsrailin İordan çayının qərb sahilində hərtərəfli təhlükəsizlik nəzarətini davam etdirmək təklifini qəbul etdiyini yazıb.
Məsələyə münasibət bildirən İsrailin Müdafiə naziri Aviqdor Liberman isə Trampın bu fikrini kəskin şəkildə tənqid edib:
“Fələstin dövləti vecimə belə deyil. Fələstin dövləti məni maraqlandırmır. Məni maraqlandıran tək şey yəhudi dövlətidir. İsraildəki ərəblər əhalinin 20 faizini təşkil edir. Onların İsrail bayraqları ilə deyil, Fələstin bayraqları ilə nümayişlər təşkil etdikləri həqiqəti mövcuddur. Mənim bununla bağlı problemim var. Bu əsl problemdir. Bir yəhudi dövlətinə sahib olmaq qayğısı olmalıdır, geri qalanlar daha az vacibdir”.
Koalisiyada təmsil olunan Yəhudi Evi Partiyasının lideri və İsrailin Təhsil naziri Naftali Benet sosial şəbəkə hesabında verdiyi açıqlamada Trampın İsrailin həqiqi dostu olduğunu, ancaq hökumətdə qaldığı müddət ərzində Fələstin dövlətinin qurulmayacağını bildirib.
İsrailin Mədəniyyət naziri Miri Regev də “Kanal2” televiziyasına verdiyi açıqlamada Trampın fikri ilə razılaşmadığını, fələstinlilər üçün həllin İsrail dövlətinin mənafeyinə zərər vurmamalı olduğunu qeyd edib.
Yəhudi Evi Partiyasının millət vəkili Moti Yogev isə Fələstini İsrail torpağı adlandırıb:
“Əvvəllər Fələstin adlı dövlət yox idi, olmayacaq da. Çünki bu torpaqlar İsrailindir. Buna görə də İsrailin təhlükəsizliyini təhdid edəcək Yəhuda və Samarada (İordan çayının qərb sahili) bir dövlət qurulmasına icazə verilə bilməz”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin məsələsinin həlli üçün ən yaxşı variantın ikidövlətli həll yolu olduğunu açıqlamışdı.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər