Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nikolun arvadından “sülh” təxribatı: Onları Qarabağa gətirir

Baxılıb: 453     Tarix: 28-09-2018 14:05   

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal edilmiş ərazisi olan Qarabağa “Sülh naminə qadınlar” humanitar aksiyası çərçivəsində onlarla rusiyalı qadını gətirtmək niyyətindədir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Akopyanın mətbuat xidməti yayıb.
“Onlar oktyabrın 5-də Ermənistana, 6-da isə Anna Akopyanın müşayiəti ilə Qarabağa gedəcəklər. Bu qadınlar bütün konflikt tərəflərinə ünvanlanan sülh çağırışı edəcəklər”, – deyə məlumatda bildirilib.
Ermənistan mətbuatı Akopyanın dəvətiylə Ermənistana gələcək qadınlar arasında məşhur rusiyalı yazıçılar, publisistlər, ictimai fondların rəhbərləri, idmançılar və siyasətçilərin olacağını bildirib. Bu şəxslərin Qarabağda qondarma rejimin rəhbəri Bako Saakyanla da görüşü nəzərdə tutulub.шаблоны для dle 11.2