Xəbər lenti
23/06/2025 [13:00]
POEZİYA
23/06/2025 [12:21]
Prezident Yevlaxda...
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Fatih Altaylının həbsi ilə bağlı açıqlama

Baxılıb: 697     Tarix: 23-06-2025 10:28   

Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi (DMM) jurnalist Fatih Altaylının həbsi ilə bağlı açıqlama yayıb.
Qanunvehedef.az “Habertürk”ə istinadən xəbər verir ki, açıqlamada F. Altaylının məhkəmə prosesi ilə bağlı ictimai rəyi manipulyasiya etmək üçün sosial şəbəkələrdə kampaniya aparıldığı bildirilib.
“O, cinayət məzmunlu bu ifadələrdən istifadə edib: “...yaxın keçmişə deyil, uzaq keçmişə baxın, bu millət padşahını boğan bir millətdir. Öldürülən, sui-qəsd qurbanı olan, “intihar etdi” adı verilən Osmanlı sultanı az deyil...”
Altaylının prezidentimizlə bağlı suala cavab verməsi və nəyi nəzərdə tutduğu açıq-aşkar ortadadır, buna baxmayaraq, onun prezidentimizi nəzərdə tutmadığı, tarixi lətifə danışdığı iddiaları manipulyasiyadır”, - deyə, məlumatda vurğulanıb.
Həmçinin Fatih Altaylının saxlanılması və həbsi prosesinin Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qanuni çərçivədə həyata keçirildiyi və qanunsuzluqlarla bağlı iddiaların tamamilə dezinformasiya məhsulu olduğu qeyd olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2