İki gün sonra videomüraciəti yayımlanacaq
Baxılıb: 357 Tarix: 09-07-2025 11:27

Məlum olduğu kimi, Türkiyədə kürd məsələsinin həlli istiqamətində siyasi proses davam edir. Belə ki, bu istiqamətdə PKK terror təşkilatının ləğv edilməsi barədə daha əvvəl bəyanat yayılmışdı.
Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyulun 11-də isə təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın terrorçuların və onlara dəstək verən şəxslərin silahlarını təhvil verməsinə dair yeni müraciətinin yayılması planlaşdırılır.
İstanbul yaxınlığındakı İmralı həbsxanasında saxlanılan PKK liderinin müraciətinin mətni də artıq Türkiyə mediasında yayılıb. Silahların yerə qoyulmasına həsr olunacaq konfransda yayımlanması planlaşdırılan videomüraciətdə Öcalanın ətrafında onunla birgə həbsdə olan bir neçə məhbus da yer alıb.

A.Öcalanın bəyanatında bir sıra vacib mesajlar yer alıb. O, “silahın deyil, siyasətin və ictimai sülhün gücünə inanıram və sizi bu dəyəri həyata keçirməyə çağırıram” deyərək tərəfdarlarına səslənib. Müstəqil dövlət yaratmaq məqsədindən imtina etdiklərini, PKK hərəkatının milli müharibə strategiyasından imtina etdiyini deyən Öcalan kürd reallığının Türkiyədə tanındığını və bunun əsas məqsəd olduğunu deyib.
Əsas amallarına çatdıqlarını bildirən Öcalan demokratik siyasətin vacibliyini vurğulayıb və Türkiyə Böyük Millət Məclisinin üzərinə vəzifələrin düşdüyünü, qanunla qurulacaq böyük komissiyanın işinin həlledici olacağını deyib.
Yaşanan siyasi prosesin tarixi əhəmiyyətinin böyüklüyünü dərk etdiyini deyən PKK lideri bütün silahlı mübarizə metodlarını sona çatdırdıqlarını yenidən təkrarlayıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər