Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arvadı Makronu yenə biabır elədi

Baxılıb: 505     Tarix: 11-07-2025 09:46   

Fransa Prezidenti Emmanuel Makron yenidən ailə həyatında baş verən gərginliklərlə gündəmə gəlib.
Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, Makronun həyat yoldaşı Bricit bu dəfə Böyük Britaniyada kral ailəsi ilə gəzinti zamanı ona əlini verməkdən imtina edib.
Kadrlarda Fransa liderinin Böyük Britaniya Kralı III Çarlz ilə danışdığı və eyni zamanda həyat yoldaşının əlindən tutmağa çalışdığı, lakin Bricitin əlini kənara çəkməsi əks olunub.
Xatırladaq ki, bu, tərəflər arasında baş verən ilk qalmaqal deyil. May ayında Makronun xanımı ilə Vyetnama səfəri zamanı da onların arasında gərginlik baş vermişdi. Həmin vaxt Bricit Makron təyyarədən enərkən Emmanuel Makronun üzünə şillə vurmuşdu.
Bu yaxınlarda da Makron hava limanında təyyarənin pilləkənləri ilə enərkən əlini həyat yoldaşına uzatsa da, Bricit buna məhəl qoymayıb və tutacaqlardan istifadə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar