Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiyaya işləməyə gələnlərə növbəti tələblər qoyulur

Baxılıb: 798     Tarix: 14-07-2025 14:19   

Deputatlar miqrantlardan Rusiyaya gələrkən virus daşıyıcısı olmaması haqqında arayış təqdim etmələri üçün məcburi tələbin tətbiqini təklif ediblər.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin rəhbəri Yaroslav Nilov deyib.
“Rusiyaya pul qazanmaq üçün gələn əcnəbilər öz problemlərini bizə gətirməli deyillər, bizim problemlərimizi həll etməlidirlər. Müvafiq qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim olunur. Sərhədi keçərkən miqrantlar etibarlı tibbi sığorta, QİÇS, hepatit B və C, sifilis və vərəmə yoluxmama haqqında arayış təqdim etməli olacaqlar. Onlar həmçinin bədənlərində narkotik və psixotrop maddələrin olmadığını təsdiq edən test nəticələrini təqdim etməlidirlər. Bu sənədlər olmadan onlar Rusiya sərhədindən keçə bilməyəcəklər”, - o bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar