Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dörd ölkə İrana avqustun sonunadək vaxt verdi

Baxılıb: 323     Tarix: 16-07-2025 09:27   

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya İranla nüvə sazişinin əldə olunması üçün son tarix kimi avqustun axırını təyin etmək qərarına gəliblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirilib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri bazar ertəsi telefon danışığı zamanı bu barədə razılığa gəliblər.
Nəşr yazır ki, əgər bu müddətə qədər razılıq əldə olunmazsa, Tehran sərt sanksiyalarla üzləşə bilər.
Belə ki, üç Avropa ölkəsi 2015-ci il İran razılaşmasının bir hissəsi olaraq BMT Təhlükəsizlik Şurasının ləğv etdiyi bütün sanksiyaların avtomatik bərpası mexanizmini işə salmağı planlaşdırır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar