Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Tramp zəng edəndə yatmışdım” - BBC-nin müxbiri

Baxılıb: 482     Tarix: 16-07-2025 09:39   

BBC-nin müxbiri Qari O`Donohyu ABŞ Prezidenti Donald Trampın ona telefon vasitəsilə verdiyi müsahibədən bəhs edib.
“Qafqazinfo”nun məlumatına görə, müxbir etiraf edib ki, iyulun 14-ü axşam ona Ağ Evdən zəng gələndə yatırdı:
“Düzünü deyim ki, Ağ Evdən zəng gələndə yatmışdım. Telefon danışığının baş tutacağından ümidimi kəsmişdim. Çünki zəng ediləcəyi deyilsə də, bu baş vermədi. Sonra yorulduğum üçün yatmağa uzandım. Lakin sonra zəng gəldi.
Telefonu götürdüm və yuxulu halda salam verdim. Birdən Prezident Trampın mətbuat katibi Kerolayn Levittin şən səsi gəldi: “Salam, Qari, prezident yanımdadır, telefonu ona verirəm”. İş otağıma qaçdım, səsin qeydə alınması üçün rəqəmsal cihazı götürməyə çalışdım, xətt kəsildi. Amma yenidən əlaqə saxladılar”.
Müxbir qeyd edib ki, müsahibə 20 dəqiqə davam edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar