Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

Baxılıb: 653     Tarix: 18-08-2025 10:49   
Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücum edib.
Qanunvehedef.az Ukraynanın “Unian” portalına istinadən xəbər verir ki, hücum zamanı Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirilib.
Məntəqə “Shahed” tipli PUA ilə vurulub.
Hadisə ilə bağlı detallar açıqlanmayıb.
Xatırladaq ki, rusiyalı hərbçilər avqustun 7-dən 8-nə keçən gecə SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına hücum etmişdilər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanıb. Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi.
***
Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper teleqram kanalında vilayətin yanacaq-energetika infrastrukturu obyektində yanğın baş verdiyini açıqlayıb.
Onun sözlərinə görə, xilasedicilər güclü yanğının qarşısını alıb.




Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar