Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Polşa yenidən qırıcılarını havaya qaldırdı

Baxılıb: 691     Tarix: 21-08-2025 10:41   

Rusiya ordusu avqustun 21-nə keçən gecə Ukrayna ərazisini genişmiqyaslı atəşə tutub.
Qanunvehedef.az xəbər verir ki, hücumla əlaqədar olaraq, Polşa öz qırıcılarını havaya qaldırıb.
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının “X” hesabında paylaşdığı məlumata görə, Rusiyanın Ukraynaya yeni hücumu fonunda bütün zəruri proseslər işə salınıb.
Bildirilib ki, görülən tədbirlərin məqsədi Polşa ərazisinin və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsidir.
Xatırladaq ki, Polşa sonuncu dəfə avqustun 19-da Rusiyanın Ukrayna bölgələrinə hücumu zamanı qırıcılarını havaya qaldırmışdı.
Onu da bildirək ki, avqustun 20-də Polşada Osina kəndində qarğıdalı tarlasına naməlum predmet düşüb və daha sonra partlayıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar