Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan sərhədində əməliyyat: Rufullayev saxlanıldı

Baxılıb: 687     Tarix: 21-08-2025 12:04   

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya hərbi-sənaye kompleksinə dair sənədləri Rusiyadan çıxarmağa cəhd edən Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşını saxlayıblar.
Qanunvehedef.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dağıstan Respublikasının Yaraq-Qazmalar avtomobil buraxılış məntəqəsində Rusiya-Azərbaycan dövlət sərhədini keçərkən Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlığa cəlb edilmiş xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlunu saxlayıb. O, Rusiya hərbi-sənaye kompleksinin rəsmi materiallarını Rusiya ərazisindən çıxarılması əməliyyatını həyata keçirirdi. Saxlanılan şəxs etiraf edib ki, Ukraynada yaşayan və Ukrayna Təhlükəsizlik Xidmətinin casusu olan qardaşı, 1981-ci il təvəllüdlü Rufullayev Səbuhi Ramiz oğlunun göstərişi ilə Ukraynaya göndərmək üçün Kurqan vilayətində gizlətdiyi yerdən sənədləri və mobil telefonu götürüb”, - məlumatda qeyd olunub.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar