Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ-də 55 milyondan çox əcnəbinin vizası yoxlanılacaq

Baxılıb: 471     Tarix: 22-08-2025 11:08   

ABŞ Dövlət Departamenti hazırda qüvvədə olan ABŞ vizasına sahib 55 milyondan çox əcnəbinin məlumatlarını yoxlayacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı departamentə istinadən “Assosiated Press” yayıb.
Bildirilib ki, yoxlanışların keçirilməsində məqsəd qanun pozuntularını aşkar etməkdir. Qanun pozuntusu aşkar edilərsə, viza sahibləri ölkədən çıxarıla bilər.
Dövlət Departamentinin məlumatına görə, viza sahibləri cinayətkar fəaliyyət, ictimai təhlükəsizliyə təhdid və terror fəaliyyətində iştirak kimi cəhətlərin müəyyən edilməsi üçün daimi yoxlanışdan keçirlər.
Bu cür əlamətlər aşkar edilərsə, viza ləğv ediləcək, onun sahibi isə ABŞ ərazisində olarsa ölkədən deportasiya ediləcək.
Qurum vurğulayıb ki, yoxlanışlar üçün hüquq-mühafizə orqanlarının və immiqrasiya xidmətlərinin, eləcə də sosial şəbəkə hesablarının məlumatları daxil olmaqla mövcud olan bütün informasiyalardan istifadə ediləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar