Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

AEBA İranın nüvə obyektlərində işini bərpa edir

Baxılıb: 762     Tarix: 27-08-2025 14:00   

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərindən ibarət ilk qrup İrana səfər edib və tezliklə öz fəaliyyətinə başlayacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Fox News”un efirində AEBA-nın baş direktoru Rafael Qrossi açıqlayıb.
“AEBA müfəttişlərindən ibarət ilk qrup İrana qayıdıb və biz işi bərpa etməyə hazırlaşırıq”, - o bildirib.
Onun sözlərinə görə, agentliyin nümayəndələri ilk növbədə iyun ayında İsrail və ABŞ-nin zərbələri zamanı zərər görməyən obyektlərdə işləməyə başlayacaqlar.
Xatırladaq ki, İran bu ilin iyun ayında AEBA ilə əməkdaşlığı dayandırmışdı. Bu zaman Tehran agentliyi öz öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi. Qeyd edilmişdi ki, agentliyin öhdəliklərini yerinə yetirməməsi ABŞ və İsrailin ölkənin nüvə obyektlərinə hücumlarına gətirib çıxarmışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar