Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ukraynanın paytaxtı Kiyevdə matəm elan edildi

Baxılıb: 656     Tarix: 29-08-2025 10:58   

Avqustun 29-u Ukraynanın paytaxtı Kiyevdə və ümumilikdə Kiyev vilayətində matəm günü elan edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşıb.
Bildirilib ki, bu gün avqustun 28-nə keçən gecə Rusiya ordusu tərəfindən paytaxta edilən kütləvi hücumunun qurbanları ilə bağlı matəm günü elan olunub.
“Rusiya tərəfindən endirilən zərbə nəticəsində azı 23 nəfər, o cümlədən 4 uşaq həlak olub. Onlarla insan, aralarında uşaqlar da olmaqla, yaralanıb. Bir neçə nəfər itkin düşmüş hesab olunur. Kiyevin bir çox rayonlarında pəncərələr sındırılıb, infrastruktur dağıdılıb. Ümumilikdə 200-dən çox bina zərər görüb. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Rusiya hər qəddarcasına yarımçıq qoyulan həyata görə cavab verməlidir”, - məlumatda bildirilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar