Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Gənclər bu ölkədə qalib gəldi: Hökumət qadağaları ləğv etdi

Baxılıb: 490     Tarix: 09-09-2025 12:18   

Nepalda sosial şəbəkələrin istifadəsinə qoyulan qadağa kütləvi etirazlardan sonra ləğv olunub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Prithvi Subba Qurung açıqlama verib.
Onun sözlərinə görə, məhkəmə qərarı ilə tətbiq edilən qadağa sosial şəbəkə platformalarının Rabitə Nazirliyində qeydiyyata alınması və kontentin monitorinqinə razılıq verməsi şərtilə bağlı idi.
Lakin Feysbuk, X və Yutub da daxil olmaqla, böyük platformalar buna getməyiblər.
Bildirilib ki, qadağanın ləğvi qərarı gənclərin, xüsusilə də Z nəslinin tələblərinə cavab olaraq qəbul edilib.
Qeyd edək ki, qadağalardan sonra paytaxt Katmandu və digər şəhərlərdə keçirilən etirazlar qarşıdurmalara çevrilib. Polis gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib. Paytaxtda 17, İtahari şəhərində isə 2 nəfərin öldüyü bildirilib. Ölkədə komendant saatı elan olunub və ordunun şəhərlərə yeridildiyi qeyd olunub.

Qanunvehedef.az



Son xəbərlər
{sape_links}{sape_article}