Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kampaniya - İranda 100 illik qadağaya etiraz

Baxılıb: 424     Tarix: 24-09-2025 13:14   

23 sentyabr İranda yeni tədris ilinin başlaması münasibətilə Təbriz, Urmiya, Ərdəbil və başqa bir neçə şəhərdə “İranda 100 illik apartheid” adlı kampaniya keçirilib.
Qanunvehedef.az xəbər verir ki, bu haqda yerli mənbələr paylaşım ediblər.
Kampaniya təşəbbüsçüləri İranda qeyri-fars dillərinin tədrisinə qadağanın davam etdiyinə diqqət çəkib, həmin gün azərbaycanlı sosial media kanalları və fəallarından bütün paylaşımlarının Azərbaycan dilində edilməsini istəyiblər.
Onlar yeni tədris ilində də fars dilinin hegomonluğunun davam etməsindən narahatlıqlarını bildirib, qeyri-fars dillərinin tədrisi ilə bağlı verilən vədlərin yalan çıxmasına diqqət çəkiblər.
“Bu günə kimi prezident və parlament seçkləri ərəfəsində mədəni hüquqlarla bağlı qeyri-fars xalqlara verilən vədlərin heç biri özünü doğrultmayıb, təcrübəyə əsasən bunun qarşıdakı illərdə də reallaşacağı inandırıcı deyil”, - kampaniya təşəbbüsçülərinin paylaşımında bildirilib.
Onlar mədəni hüquqlarla bağlı vədlərin reallaşacağının əsaslandırılması üçün İran konstitusiyasının da dəyişdirilməsinin vacibliyini vurğulayıblar:
“İndiki konstitusiyada qeyri-fars dilləri ilə bağlı olan 15-ci maddə konkret və şəffaf deyil. Burada qeyri-farsların dillərinin tədrisi deyil, onun məhdud şəkildə öyrənilməsi nəzərdə tutulub və bu, xüsusən ölkə cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil verən azərbaycanlılar, türklər üçün təhqirdir!”

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar