Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Uşaqların sosial mediadan istifadəsinin qadağan olunmasını təklif etdi

Baxılıb: 36     Tarix: 08-10-2025 11:15   

Danimarkanın Baş naziri Mette Frederiksen ölkədə 15 yaşından kiçik uşaqların bəzi sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini təklif edib.
Qanunvehedef.az “Sky News”a istinadən xəbər verir ki, M.Frederiksen bu barədə Danimarka parlamentinin sessiyasının açılışında danışıb.
“Mobil telefonlar və sosial şəbəkələr övladlarımızın uşaqlığını oğurlayır”, - Baş nazir qeyd edib.
Onun sözlərinə görə, əvvəllər heç vaxt uşaqlar indiki qədər təşviş və depressiyadan əziyyət çəkməyib. Frederiksen həmçinin bildirib ki, bu gün çox sayda uşaq diqqətin yayınmasından və oxumaqda çətinlikdən əziyyət çəkirlər.
Bununla belə, o, uşaqlara məhz hansı sosial şəbəkələrin qadağan ediləcəyini açıqlamayıb.
Xatırladaq ki, Avstraliya 2024-cü ilin noyabrında 16 yaşından kiçik şəxslər üçün sosial şəbəkədən istifadəni qadağan edən ilk ölkə olmuşdu.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}