Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Bu qərarlar Rusiyaya qarşı müharibə aktıdır”

Baxılıb: 752     Tarix: 23-10-2025 13:35   


 “ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları və Prezident Donald Trampın Budapeşt sammitini ləğv etməsi Rusiyaya qarşı müharibə aktıdır”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev “MAX” platformasındakı kanalında yazıb.
“Əgər çoxsaylı şərhçilərdən kimdəsə hələ də illüziyalar qalıbsa, buyurun. ABŞ bizim düşmənimizdir. Onların çox danışan “sülhməramlısı” indi tam olaraq Rusiya ilə müharibə yoluna qədəm qoyub”, - Medvedev bildirib.

Sabiq prezidentin fikrincə, Trampın hərəkətlərinə haqq qazandırmaq onun Rusiyaya qarşı addımlar atması faktını dəyişmir: “Bu, əsas məsələni dəyişmir: qəbul edilmiş qərarlar Rusiyaya qarşı müharibə aktıdır. İndi Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”.
Bununla yanaşı, o, Trampın bu hərəkətlərinin müsbət tərəfinin də olduğunu qeyd edib.
“Artıq lazımsız danışıqlara vaxt itirmədən Ukraynaya birbaşa zərbələr endirmək və qələbəyə masa arxasında deyil, döyüş meydanında nail olmaq olar”, - Medvedev yazıb.

Qanunvehedef.az 





шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar