Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyədə ardıcıl 3 güclü zəlzələ oldu

Baxılıb: 498     Tarix: 13-11-2025 10:19   

Türkiyədə - Balıkesirin Sındırqı rayonunda zəlzələlər ardıcıl şəkildə davam edir. Bu səhər saatlarında bölgədə üç yeni yeraltı təkan qeydə alınıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, saat 06:16-da 4,7 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanın dərinliyi 12,31 kilometr olaraq ölçülüb.
Bundan dörd dəqiqə sonra, saat 06:20-də eyni bölgədə 4,2 maqnitudalı, ardından 06:21-də yenə 4,2 bal gücündə iki zəlzələ baş verib. Bu zəlzələlərin dərinlikləri müvafiq olaraq 7 və 7,89 kilometr olub.
Xatırladaq ki, 10 avqust və 27 oktyabr tarixlərində Sındırqıda baş verən 6,1 maqnitudalı güclü zəlzələlərdən sonra bölgə “Ümumi Həyata Təsir Edən Fəlakət Bölgəsi” elan edilmişdi.
Hazırda bölgədə sarsıntıların davam etdiyi bildirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar