Saakaşvili Ukraynaya veriləcək? - Rəsmi açıqlama
Baxılıb: 644 Tarix: 18-11-2025 10:21

Gürcüstan hazırda həbsdə olan ölkənin eks-prezidenti Mixail Saakaşvilini Ukraynaya ekstradisiya etmək niyyətində deyil.
Qanunvehedef.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze danışıb.
Onun sözlərinə görə, Saakaşvili heç bir halda vətəndaşı olduğu Ukraynaya verilməyəcək.
Kobaxidze bununla Ukrayna liderinin ofisinin müşaviri Mixail Podolyakın Gürcüstanın “TV Pirveli” telekanalına müsahibəsi zamanı səsləndirdiyi fikirləri şərh edib. Podolyak bildirmişdi ki, Ukrayna Gürcüstan rəhbərliyinə müraciət edərək Saakaşvilinin müalicə almaq üçün ya Ukraynaya, yaxud da üçüncü bir ölkəyə aparılmasını xahiş edib.
Xatırladaq ki, 57 yaşlı M.Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı. Siyasətçi hazırda Gürcüstanda beş cinayət işi üzrə ittiham olunur və onlardan ikisinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Bu ilin martında isə Tbilisi Şəhər Məhkəməsi onu dövlət vəsaitlərinin mənimsənilməsinə görə 9 il həbs cəzasına məhkum edib.
Hazırda məhkəmədə onun barəsində iki digər iş – 2007-ci ildə etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçməsi ilə bağlı proseslər davam edir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















