Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Hərbi bazanın yaratdığı səs-küyə görə 25 milyon dollar təzminat ödəyəcəklər

Baxılıb: 485     Tarix: 20-11-2025 10:27   

Yaponiya hökuməti Tokionun yaxınlığındakı Atsugi hərbi bazasından gələn səs-küy səbəbindən təxminən 25 milyon dollar (3,9 milyard yen) təzminat ödəməyə məhkum edilib.
Qanunvehedef.az NHK-yə istinadən xəbər verir ki, bazanın yaratdığı səs-küy nəticəsində təxminən 8 min nəfər sağlamlıq problemləri ilə üzləşərək, Yokohama Rayon Məhkəməsində kompensasiya iddiası qaldırıb.
Məhkəmə qərar verib ki, bazanın səs-küy səviyyəsi qanuni hədləri aşıb və insanlara zərər vurub. Əvvəlki məhkəmə qərarlarına baxmayaraq, hökumətin hərəkətsizliyi qanunu pozmaq hesab edilib və hökumət iddiaçılara ümumilikdə 25 milyon dollar ödəməli olacaq.
Atsugi hərbi bazası Kanagava prefekturasında, sıx məskunlaşmış Yamato və Ayase şəhərlərinin arasında yerləşir, Sakit Okeandakı ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük bazalarından biri sayılır. Buranın 2 400 metrlik uçuş-enmə zolağı var.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar