Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiya dronları 2 ölkənin hava məkanını pozdu - Foto

Baxılıb: 754     Tarix: 25-11-2025 13:37   

“Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rumıniya və Moldovanın hava məkanını pozub”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında paylaşıb.
Hadisə Rusiya ordusunun noyabrın 25-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə növbəti genişmiqyaslı hava hücumu fonunda baş verib.
Bununla yanaşı, Rumıniyanın Milli Müdafiə Nazirliyi və Moldovanın Sərhəd Polisi də faktı təsdiq edib.
Rumıniya tərəfi vəziyyəti müşahidə etmək üçün NATO-nun ölkə ərazisində yerləşən aviabazasından iki ədəd “Eurofighter Typhoon” təyyarəsini havaya qaldırıb. Tulça bölgəsinin sakinləri isə təhlükə barədə məlumatlandırılıb.
Moldova tərəfinin məlumatında isə Rusiyaya məxsus dronların ölkənin hava məkanına daxil olduqdan sonra Rumıniya ilə sərhədi keçdiyi açıqlanıb.
Bununla yanaşı, sosial şəbəkələrdə Moldovanın Nizhnie Kugureshty kəndində evlərdən birinin üzərinə PUA düşməsi barədə foto yayılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar