Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyədə İmamoğluna 2352 ilə qədər həbsi istənildi

Baxılıb: 835     Tarix: 25-11-2025 13:46   

Türkiyədə “İmamoğlu mənfəətpərəst cinayət təşkilatı” ilə bağlı aparılan istintaq çərçivəsində 105-i həbsdə olan 407 şübhəli barəsində hazırlanan iddianamə məhkəmə tərəfindən qəbul edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddialara görə, dövlətin 10 illik müddətdə 160 milyard lirə ziyana salındığı, metro və İstanbul Su Kanalizasiya İdarəsi layihələri üçün alınan kreditlərin təyinatı üzrə istifadə edilmədiyi bildirilir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu iddianamədə “təşkilatın rəhbəri” kimi göstərilib. Sənəddə daha 6 nəfər də təşkilatın rəhbərliyində yer alan şəxslər kimi qeyd olunur.
İttiham aktına görə, İmamoğlunun 828 il 2 aydan 2352 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb edilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar