Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiya gəmisi Türkiyə sahillərində hücuma məruz qaldı

Baxılıb: 6212     Tarix: 02-12-2025 12:45   

Rusiyanın “Midvolga 2” tankeri Türkiyənin Qara dəniz sahillərində hücuma məruz qalıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsi “X” hesabında məlumat yayıb.

Günəbaxan yağı daşıyan tankerin Rusiyadan Gürcüstana üzdüyü və Türkiyə sahillərindən 148 km məsafədə hücumla üzləşdiyi bildirilib.

13 nəfərlik heyət üzvündən ibarət gəmi kömək istəməyib. İnsident zamanı xəsarət alan olmayıb.

Məlumata görə, gəmi hazırda Türkiyənin Sinop limanına doğru hərəkət edir.

Türkiyənin “NTV” portalı isə hücumun kamikadze dronu ilə həyata keçirildiyini yazıb.

Xatırladaq ki, noyabrın 29-da Türkiyənin Qara dəniz sahillərində Rusiyaya məxsus “Kairos” adlı neft tankeri və Qambiya bayrağı altında üzən “Virat” adlı gəmi sahildən bir qədər aralıda alovlanıb. Türkiyə rəsmiləri hər iki hadisənin “xarici təsir” səbəbindən baş verdiyini açıqlayıb.

Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar