Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Amerikanın Səsi”nin bir neçə xarici bürosu bağlanır

Baxılıb: 8117     Tarix: 04-12-2025 13:07   

“ABŞ Prezidenti Donald Trampın administrasiyası “Amerikanın Səsi”nin (VOA) xaricdəki ofislərinin və radiostansiyalarının bir hissəsini bağlamağı planlaşdırır”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Ağ Ev artıq Konqresi federal büdcədən maliyyələşən “Amerikanın Səsi” radiostansiyasının yayım imkanlarını məhdudlaşdırmaq planları haqqında məlumatlandırıb.

“Amerikanın Səsi”nə nəzarət edən ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Kari Leyk bildirib ki, söhbət altı xarici büronun və dörd marketinq ofisinin, o cümlədən Cakarta (İndoneziya), İslamabad (Pakistan), Nayrobi (Keniya) və Praqa (Çexiya) nümayəndəliklərinin bağlanmasından gedir.

Eyni zamanda, “Amerikanın Səsi”nin Almaniya, Tailand və Botsvanadakı radiostansiyalarının bağlanacağı bildirilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar