Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rusiya Qafqaza ordu göndərdi: Hədəf Kadırovdur? - Video

Baxılıb: 619     Tarix: 16-10-2018 13:13   

Rusiya ordusunun böyük hərbi karvanı İnquşetiyaya tərəf yollanır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Feysbukdakı “Qafqazı Anlamaq” qrupu paylaşıb. Bu hərbi kolonun iki həftədir paytaxt Maqasda davam edən aksiyaları yatırmaq üçün İnquşetiyaya getdiyi açıqlanıb.
Bəzi mənbələr isə bu hərbi qrupun Dağıstan və Çeçenistan sərhədində olduğunu iddia ediblər. Onların fikrincə, ordu Çeçenistan rəhbəri Ramzan Kadırova təzyiq üçün göndərilib.
Bəzi Feysbuk istifadəçiləri isə hərbçilərin Şimali Osetiyada hərbi təlimdə iştirak edəcəyini açıqlayıb.
Məsələ ilə bağlı “Russkiy Monitor” saytına açıqlama verən İsrail eksperti Avram Şmuleviç əsgərlərin Çeçenistana da göndərilə biləcəyini iddia edib:
“Yayımlanan videoda görünür ki, bu hərbi kolon mitinqi dağıtmaq üçün yox, daha çox, hərbi fəaliyyət aparılması üçün nəzərdə tutulub. Biz Kremldə bir çox nüfuzlu şəxsin olduğunu bilirik. Kadırovun isə Rusiya ordusu daxilində böyük düşmənləri olduğunu nəzərə alsaq, kiminsə yaranan situasiyadan istifadə etdiyini deyə bilərik. Eyni proses 2014-cü ildə Tatarıstanda yaşanmışdı. Belə ki, Krımın anneksiyasını bəyənməyən Tatarıstan rəhbərliyinə Kreml tərəfindən yumşaq şəkildə güc nümayiş etdirildi. Rusiya ordusu gözlənilmədən Kazan yaxınlığında böyük hərbi manevrlər gerçəkləşdirdi. Ona görə də əgər biz bu hərbi texnikanı yaxın saatlarda Maqasda görməsək, o zaman bu hərbi nümayişin hədəfinin Kadırov olduğunu deyə bilərik”.
Qeyd edək ki, İnquşetiyada mitinqlər Çeçenistanla İnquşetiya rəhbərliyi arasında torpaq mübadiləsi haqqında razılaşmadan sonra başlayıb. İnquşetiya parlamentinin razılaşmanı təsdiq etməsi mitinq iştirakçılarının sayını artırıb. İnquşetiya Ali Məhkəməsi razılaşmaya qarşı çıxıb və bu qərarın referendum keçirilmədən verilməsinin qanuna uyğun olmadığını bəyan edib.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar