Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiyalı dənizçilər İran limanında girov saxlanılır

Baxılıb: 8317     Tarix: 05-12-2025 12:11   

İranın Əmirabad limanında lövbər salmış gəmidə çalışan rusiyalı dənizçilər artıq bir neçə aydır sahilə çıxmalarına icazə verilmədiyini və əməkhaqlarının ödənilmədiyini bildirirlər.

Qanunvehedef.az Bakipost.az-a istinadən xəbər verir ki, ekipaj üzvlərindən birinin Rusiya mediasına verdiyi məlumata görə, dənizçilər altı ay əvvəl İran şirkəti ilə rəsmi müqavilə imzalayıblar.

Sənədə əsasən, ekipaj dörd ay işləməli, beşinci ayda isə sahilə çıxaraq vətənə qayıtmalı idi. Lakin tərəflər işə başlayandan az sonra əmək haqqı ödənişlərində gecikmələr yaranıb.

Gəmi sentyabr ayında plan üzrə İranın Əmirabad limanına daxil olub. Bundan sonra şirkət komandanın sahilə çıxmasına qadağa qoyub.

Dənizçilər bildirirlər ki, gəmidə sağlamlıq problemləri səbəbindən bir vətəndaşın səhhəti pisləşib. Lakin İran şirkətinin rəhbərliyi indiyə qədər heç bir tədbir görməyib.

Ekipaj üzvləri nə maaş ala bilirlər, nə də gəmini tərk etmək imkanı var. Əvvəlcədən deyilmişdi ki, dekabr ayında növbə dəyişikliyi olacaq və onlar sərbəst buraxılacaqlar. Lakin hələlik heç bir irəliləyiş yoxdur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar