Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Vəliəhdin B Planı: Qaşıqçı qətli kimin üstünə atılacaq?

Baxılıb: 607     Tarix: 16-10-2018 14:17   

Camal Qaşıqçı hadisəsi ilə bağlı bütün sübutların vəliəhd Məhəmməd bin Salmanın üzərində cəmləşməsi, “modern Ərəbistan” imicinin zədələnməsi, başda ABŞ olmaqla, dünya mətbuatının vəliəhdi hədəf seçməsi və ölkəyə qarşı təhdid xarakterli açıqlamalar verilməsi Səudiyyə Ərəbistanını təşvişə salıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, vəliəhd hadisələrin bu cür inkişafı fonunda “B Planı”nı işə salmaq haqqında düşünür. Belə ki, Məhəmməd bin Salman cinayətin arxasında adının hallanmaması üçün günahı “dərin dövlət”in üstünə atmaq niyyətindədir. Bununla vəliəhd həm dünyadakı imicinin zədələnməsinin qarşısını alacaq, həm də müxaliflərin təzyiqlərindən yaxa qurtaracaq.
Bu səhnəcikdə əsas rolu isə ABŞ oynaya bilər. Səudiyyə Ərəbistanının yeni dövrünü formalaşdıran ABŞ bu yolla şahzadə Salmanla ölkənin bütün idarəçilərini istədiyi kimi seçmiş olacaq.



{sape_links}{sape_article}