Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gürcüstanda ali təhsilin müddəti azaldılır - Qanun qəbul edildi

Baxılıb: 1119     Tarix: 11-12-2025 10:24   

Gürcüstan parlamenti “Ali təhsil haqqında” Qanuna və ali təhsil islahatı ilə bağlı qanun layihələrində dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Qanunvehedef.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstan təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia məsələni plenar iclasda üçüncü oxunuşda, sürətləndirilmiş qaydada təqdim edib.

Dəyişikliklərə əsasən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində Gürcüstan vətəndaşının akademik ali təhsilin I və II pillələrində təhsilini dövlət tam maliyyələşdirəcək.

Digər tərəfdən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində akademik ali təhsilin I və II pillələrində başqa şəxslərin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi qaydası və şərtlərini Gürcüstan hökuməti müəyyən edəcək.

Bununla yanaşı, universitet sistemində 3+1 sistemi tətbiq ediləcək, üç il bakalavriat, bir il isə magistraturaya həsr olunacaq.

Bundan əlavə, 2028-ci ilin yanvarın 1-nə qədər onlayn universitet konsepsiyası/modeli və standartı işlənib hazırlanmalıdır.

Qeyd edək ki, Gürcüstanda bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistratura pilləsi üzrə isə 2 il təşkil edirdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar