Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Moskvaya kütləvi dron hücumu oldu

Baxılıb: 10111     Tarix: 11-12-2025 10:44   

Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Rusiyanın Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib.

“Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, gecə ərzində Rusiyanın hava hücumundan müdafiə vasitələri region üzərində 40 PUA zərərsizləşdirib. Həmin dronlardan 32-nin paytaxt istiqamətində uçduğu qeyd olunub.

Bununla yanaşı, gecə Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. Bakı vaxtı ilə təqribən saat 09:00-da aeroportların fəaliyyəti bərpa edilib.

Dağıntı və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.


“Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar