Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?

Baxılıb: 9112     Tarix: 15-12-2025 11:21   

Hazırda Moskvada yaşayan Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd tibb sahəsində fəaliyyətinə geri dönmək qərarına gəlib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian”a Əsəd ailəsinə yaxın mənbə açıqlayıb.

Bildirilib ki, əvvəllər də tibb sahəsində təhsil almış siyasətçi oftalmologiya üzrə biliklərini dərinləşdirməyə başlayıb.

Mənbə hesab edir ki, Bəşər Əsəd gələcəkdə Moskvanın elit təbəqəsini müalicə etmək niyyətindədir.

Bununla yanaşı, 60 yaşlı keçmiş prezidentin rus dilini öyrəndiyi də vurğulanıb.

“Eks-siyasətçinin pula ehtiyacı yoxdur və bütün bunları sırf özü üçün edir. Çünki o, sərvətinin bir hissəsini özü ilə Rusiyaya apara bilib”, - məlumatda qeyd olunub.

Eyni zamanda, ailənin Moskvanın qərbində prestijli Rublyovka yaşayış məntəqəsində “sakit və dəbdəbəli” həyat sürdüyü bildirilib.

Xatırladaq ki, 2024-cü ilin sonunda Suriyada müxalif qüvvələrin hücuma keçməsindən sonra Bəşər Əsəd istefa verərək ailəsi ilə birlikdə ölkəni tərk edib. Bunun ardınca, Rusiya Əsəd və ailəsinə sığınacaq verib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar