Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ukraynaya 90 milyard avro yardım ayırdılar

Baxılıb: 827     Tarix: 19-12-2025 12:22   

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Ukraynaya 90 milyard avro həcmində yardım göstərmək barədə razılığa gəliblər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəhbəri Antonio Koşta “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Biz sazişə nail olduq. Ukraynaya 2026-27-ci illər üçün 90 milyard avro həcmində dəstək verilməsi haqqında qərar qəbul edildi”, - Koşta bildirib.

Aİ-nin büdcə vəsaitləri hesabına ayrılacaq kreditin yalnız Rusiya Ukraynaya reparasiya ödədikdən sonra qaytarılması nəzərdə tutulur.

Almaniya Kansleri Fridrix Merts isə Kiyevə kreditin faizsiz veriləcəyini deyib.

“Rusiya Ukraynaya kompensasiya ödəyənə qədər onun aktivlərini dondurulmuş vəziyyətdə saxlayacağıq”, - Merts bəyan edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar