Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Baxılıb: 9210     Tarix: 24-12-2025 11:37   

Ankara yaxınlığında qəzaya uğrayan Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu təyyarənin qara qutusu tapılıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya “TRT Haber” telekanalının efirində deyib.

“Qara qutu bu gün yerli vaxtla saat 02:45-də (Bakı vaxtı ilə 03:45) tapılıb. Hərtərəfli araşdırma aparılır və nəticələri tezliklə açıqlanacaq”, - nazir bildirib.

Nazirin sözlərinə görə, “Falcon 50” təyyarəsi çərşənbə axşamı yerli vaxtla saat 20:17-də Ankaranın Esenboğa hava limanından Tripoliyə yola düşüb. Saat 20:32-də heyət göyərtədə təcili vəziyyət barədə məlumat verib və hava limanına qayıtmaq istəyib. Təyyarə ilə əlaqə saat 20:36-da kəsilib. Qalıqlar saat 22:00-da Ankaranın Haymana rayonunda aşkar edilib.

Göyərtədə beş sərnişin və 3 heyət üzvü olub.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar