Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Dəməşqdə İŞİD terror qruplaşmasının lideri ələ keçdi

Baxılıb: 9212     Tarix: 25-12-2025 09:48   

Suriyanın daxili təhlükəsizlik qüvvələri paytaxt Dəməşq ətrafında keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının şəhər üzrə liderini saxlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə əyalət Daxili İşlər Nazirliyinin idarə rəisi general Əhməd əl-Dallati bu barədə “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, xüsusi təyinatlı qüvvələr hərbi kəşfiyyat və beynəlxalq koalisiya ilə koordinasiyalı şəkildə Muadamiyyə bölgəsində əməliyyat həyata keçirib.

Əməliyyat nəticəsində Dəməşqdə fəaliyyət göstərən terror qrupunun rəhbəri Taha əl-Zuabi və onun bir neçə silahlı üzvü ələ keçirilib. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslərdən partlayıcı kəmərlər və müxtəlif silahlar müsadirə olunub.

General əl-Dallati bildirib ki, əməliyyat yerli sakinlərin terrorçu dəstənin mövcudluğu ilə bağlı verdiyi məlumatlar əsasında planlaşdırılıb və icra edilib.



Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar