Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Putin Buşa 2008-də Ukrayna xəbərdarlığı edibmiş

Baxılıb: 829     Tarix: 25-12-2025 11:37   

ABŞ Milli Təhlükəsizlik Arxivi Rusiya Prezidenti Vladimir Putinlə Amerikanın keçmiş prezidenti Corc Buş arasında 2001-2008-ci illərdə aparılan şəxsi söhbətlərin transkriptlərini açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Dərc olunmuş materiallarda qeyd olunub ki, 2001-ci ildə liderlər arasında etibarlı münasibətlər olub, hətta Buş bir dəfə Putinə deyib ki, siz döyüş səngərində yanımda olmasını istədiyim adamsınız. Dövlət başçılarını terrorizmə qarşı mübarizədə ortaq maraqlar birləşdirib. Lakin 2008-ci ildə, Buşun prezidentliyinin sonuna yaxın liderlər arasında siyasi fikir ayrılıqları yaranıb.

2008-ci ildə isə Soçidə Münhen çıxışından və Buxarestdə NATO sammitindən sonra Putin Buşa xəbərdarlıq edib ki, Ukraynanı NATO-ya cəlb etməyə çalışmaq ölkədə daxili parçalanmaya səbəb olacaq:

“Ukrayna kimi bir ölkənin NATO-ya daxil olması sizin üçün və bizim üçün uzunmüddətli münaqişə sahəsi, uzunmüddətli qarşıdurma yaradacaq. Əhalinin müxtəlif təbəqələrinin NATO üzvlüyü ilə bağlı fərqli fikirlərini nəzərə alsaq, ölkə sadəcə olaraq parçalana bilər”.

Rusiya prezidenti amerikalı həmkarına Ukrayna və Gürcüstanın NATO-ya qoşulmasının niyə qəbuledilməz olduğunu ətraflı izah edib. Buş öz növbəsində hazırkı ABŞ-Rusiya münasibətlərinin çox yaxşı olduğunu qeyd edib və ondan sonra hakimiyyətə gələnlərin bu səviyyədə dialoqu davam etdirə bilməyəcəyinə dair narahatlığını bildirib.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar