Xəbər lenti
29/12/2025 [13:30]
Sabah hava necə olacaq?
Arxiv
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Sülh planı 90% razılaşdırılıb”

Baxılıb: 908     Tarix: 29-12-2025 10:34   


“20 maddəlik sülh planı artıq 90% razılaşdırılıb”.

Qanunvehedef.az “ABC News”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşdən sonra təşkil edilən mətbuat konfransında bildirib.

“Böyük nailiyyətlər əldə etmişik. 20 bəndlik sülh planı - 90%, ABŞ-nin təhlükəsizlik zəmanətləri 100% razılaşdırılıb. ABŞ və Avropanın zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. Hərbi aspektlər də 100% razılaşdırılıb. İnkişaf planı tamamlanmaqdadır, biz həmçinin növbəti addımların ardıcıllığını müzakirə etdik. Razılaşdıq ki, təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və komandalarımız bütün aspektlər üzərində yaxşı işləməyə davam edəcəklər”, - Zelenski bildirib.

Donald Tramp da məsələlərin 95%-i üzrə yekun razılığın əldə olunduğunu təsdiqləyib.

Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Floridadakı Mar-a-Laqo iqamətgahında görüş keçirilib. Görüş 2 saat yarımdan çox davam edib.



Qanunvehedef.az





{sape_links}{sape_article}