Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Özbəkistan Prezidentini təhqir edən şəxsə hökm oxundu - Azərbaycanda tutulmuşdu

Baxılıb: 9013     Tarix: 29-12-2025 11:24   

Özbəkistanda məhkəmə ölkə Prezidenti Şavkat Mirziyoyevi sosial şəbəkələrdə təhqir etməkdə təqsirləndirilən Omonbek Yusupov barəsində hökm çıxarıb.

Qanunvehedef.az Özbəkistan mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Şerxon” adı ilə tanınan həmin şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib.

O.Yusupov məhkəmədə iş üzrə özünü təqsirli bilib və əməlinə görə peşman olduğunu deyib.

Xatırladaq ki, Omonbek Yusupov 2023-cü ilin fevralında Qazaxıstanda olarkən “TikTok”da canlı yayımda Ş.Mirziyoyev və ümumilikdə ölkə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr səsləndirib. Sözügedən video qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.

İnsidentdən sonra həmin şəxs uzun müddət ölkə xaricində - ilk olaraq Türkiyədə, daha sonra isə Azərbaycanda olub. O bu ilin aprelində Azərbaycan ərazisində saxlanılıb və ölkəsinə təhvil verilib.




Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar