Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tramp: Putinin iqamətgahına hücum edildiyinə inanmıram

Baxılıb: 919     Tarix: 05-01-2026 10:57   

“Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına dronlarla hücum etməsi versiyasına inanmıram”.

Qanunvehedef.az “Daily Tribune” nəşrinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Floridadan Vaşinqtona uçarkən təyyarədə jurnalistlərə bildirib.

KİV nümayəndələri ondan şəxsən Putindən aldığı bu xəbəri İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı niyə açıqladığını maraqlanıblar.

“Çünki həmin vaxt bu barədə heç kim bilmirdi. Yəni mən bu barədə ilk dəfə eşidirdim... O, evinin hücuma məruz qaldığını dedi. İndi biz bunu yoxlaya bildikdən sonra belə bir hadisənin baş verdiyinə inanmırıq. Ancaq həmin vaxt biz bu barədə ilk dəfə idi eşidirdik”, - Tramp cavabında deyib.

Xatırladaq ki, daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 29-na keçən gecə Kiyevin Rusiya Prezidentinin Novqorod vilayətindəki dövlət iqamətgahına 91 PUA-dan istifadə edərək hücum etdiyini bildirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə bunu yalan adlandırmış və Rusiyanın Kiyevdə hökumət binalarına hücumlar üçün zəmin hazırladığını söyləmişdi.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar