Xəbər lenti
06/01/2026 [12:54]
Qəzetlər də bahalaşdı
Arxiv
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İranında Etirazlar kəskinləşərsə, Xamenei İranı tərk edəcək

Baxılıb: 946     Tarix: 05-01-2026 11:30   

İranın ali lideri Əli Xamenei ölkədə etiraz aksiyaları fonunda vəziyyət kəskinləşəcəyi təqdirdə Tehranı tərk edə bilər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə kəşfiyyat məlumatlarına istinadən Britaniyanın “The Times” qəzeti yazıb.

Yazıda qeyd olunub ki, 86 yaşlı Xamenei öz qüvvələrinin etirazları yatıra bilmədiyini, yaxud onların etirazçılar tərəfinə keçdiyini və əmrləri yerinə yetirmədiyini gördükdə yaxın ətrafı ilə birgə ölkəni tərk etməyi planlaşdırır.

Sözügedən yaxın ətrafa isə İranın ali liderinin 20 köməkçisi və ailə üzvlərinin daxil olduğu bildirilir.

İsrail kəşfiyyatının nümayəndəsi Beni Sabti hesab edir ki, Xamenei bu halda Moskvaya gedə bilər, çünki onun gedə biləcəyi başqa yer yoxdur.

Xatırladaq ki, İranda iqtisadi böhran fonunda ötən həftədən başlayaraq etiraz aksiyaları keçirilir.



Qanunvehedef.az





{sape_links}{sape_article}