Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Vəliəhd Səudiyyənin təməllərini dağıdır - Ekspert

Baxılıb: 574     Tarix: 18-10-2018 11:10   
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman hazırki siyasətini davam etdirəcəyi halda ölkə parçalanacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Yaxın Şərq məsələləri üzrə ekspert Məhəmməd Meşariqa danışıb.
“Şahzadə 1927-ci ildə yaradılan Səud krallığına aid bütün təməlləri dağıdır. Salmanın etdikləri xalqı qeyri-müəyyənlik və narahatlığa sövq edir. Ölkə ciddi bir qeyri-müəyyənliyin içinə sürüklənib. Səud ailəsindən yüzlərlə insan vəzifədən uzaqlaşdırıldı. Camal Qaşıqçı cinayəti ailədəki güc mübarizəsinin bir parçası olaraq görülməlidir. Salman dövlətin təməllərini dağıdır və bunu edərkən səbəb kimi ətraf ölkələrdə hökm sürən xaosu göstərərək, xarici ünsürlərdən dəstək alır. Hazırda Səudiyyə Ərəbistanı tarixinin ən böyük parçalanma təhlükəsi ilə qarşı-qarşıyadır. Buna xanədanlıq daxili hesablaşmaları da əlavə ediləndə mənzərə daha qarışıq bir hala gəlir. Qaşıqçı Salmana qarşı olan cəbhənin ən kritik simalarından biri idi. Cinayət aydınlaşdıqca daha çox təəccüblü faktlara şahid olacağımızı söyləyə bilərəm. Salmanın həmlələri önlənməsə, yeni cinayətlər və vəzifədən uzaqlaşdırmalar ola bilər”, - Meşariqa bildirib.



{sape_links}{sape_article}