Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran Rusiyaya 4 milyardlıq hərbi yardım göstərib - 5 ilə

Baxılıb: 9256     Tarix: 13-01-2026 11:14   

“İran Ukraynadakı müharibə çərçivəsində Rusiyanı təqribən 2,7 milyard dollar dəyərində ballistik və zenit raketlərlə təmin edib”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.

Bildirilib ki, İranın 2021-ci ilin sonundan Rusiyaya etdiyi hərbi yardımın ümumi dəyəri 4 milyard dollardan çox olaraq qiymətləndirilir.

Mənbələrin sözlərinə görə, Moskva və Tehran arasında əməkdaşlıq hələ Ukraynadakı müharibədən əvvəl başlayıb: “Belə ki, İrandan Rusiyaya raket tədarükü ilə bağlı ilk müqavilələr 2021-ci ilin oktyabrında bağlanıb”.

Qeyd olunub ki, bu rəqəmlər hələ yekun göstərici deyil, çünki İrandan Rusiyaya növbəti silah-sursat partiyasının göndərilməsi gözlənilir.

Onu da xatırladaq ki, Rusiya və İran 2025-ci ilin yanvarında strateji tərəfdaşlıq barədə müqavilə imzalasalar da, bu sənəddə qarşılıqlı müdafiə üzrə öhdəlik yer almayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar