Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampdan İrana hələ zərbə endirməməyi xahiş etdilər

Baxılıb: 9316     Tarix: 14-01-2026 11:20   

“İsrailin və adı açıqlanmayan bir neçə ərəb ölkəsinin rəsmi nümayəndələri ABŞ-dən İrana hələ zərbə endirməməyi xahiş ediblər”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “NBC” telekanalı yayıb.

Mənbələrin sözlərinə görə, həmin ölkələrin nümayəndələri hesab edirlər ki, İran hələ kifayət qədər zəifləməyib, bu səbəbdən də, ABŞ-nin zərbələri İslam respublikasında hakimiyyətin dəyişməsinə gətirib çıxarmayacaq.

Onlar həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasına İrandakı vəziyyət daha da gərginləşənə qədər genişmiqyaslı hücumları təxirə salmağı təklif ediblər.

Qeyd edək ki, yanvarın 13-də Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas zamanı D.Tramp üçün İrandakı vəziyyətlə fağlı fəaliyyət variantları hazırlanıb. “Axios” portalı isə yazıb ki, Tramp Detroytdan qayıtdıqda o da iclasda iştirak edib.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar