Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Novokuznetsk şəhərində eyni doğum evində 9 günə 9 körpə öldü - Baş həkim saxlanıldı

Baxılıb: 9416     Tarix: 14-01-2026 11:56   

Rusiyanın Novokuznetsk şəhərinin 1 saylı doğum evində 9 gün ərzində 9 körpə ölüb.

Qanunvehedef.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Kuzbas vilayətinin səhiyyə naziri Andrey Tarasov bildirib.

Faktla bağlı başlanılan istintaqın versiyasına görə, doğum evinin işçi heyətinin öz peşə vəzifələrini lazımi qaydada yerinə yetirməməsi səbəbindən 2026-cı ilin 4-12 yanvar tarixləri arasında yeni doğulmuş 9 körpə vəfat edib. Artıq xəstəxananın baş həkimi Vitali Xeraskov və adı açıqlanmayan şöbə müdiri saxlanılıblar. Onlar ehtiyatsızlıqdan ölümə səbəb olmaqda və səhlənkarlıqda şübhəli bilinirlər.

Regional səhiyyə nazirliyinin məlumatına görə isə ölən körpələrin hamısında bətndaxili infeksiya aşkarlanıb.

Qeyd edək ki, 2024-cü ildə sözügedən doğum evində 150 qayda pozuntusu aşkarlanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar