Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Saxlanılan etirazçılar tez edam edilməlidir” - İran rəsmisi

Baxılıb: 8211     Tarix: 15-01-2026 10:24   

“İranda etiraz aksiyaları zamanı saxlanılan şübhəlilərlə bağlı məhkəmə prosesləri sürətli keçirilməli və onlar tez edam edilməlidir”.

Qanunvehedef.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Eceinin açıqlamasında deyilir.

“Əgər biz işi (sabitliyi bərpa etməyi - red.) yerinə yetirmək istəyiriksə, bunu indi etməliyik. Bunu tez etməliyik. Əgər bu prosesi iki və ya üç ay uzatsaq, effekt başqa olacaq”, - o bildirib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın İranda etirazçıların öldürülməsinə görə ölkəyə zərbə endirmək təhdidləri fonunda səsləndirilib.

Xatırladaq ki, İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) dekabrın sonundan davam edən aksiyalar zamanı ölənlərin sayının 2615-ə yüksəldiyini, daha 2054 nəfərin yaralandığını açıqlayıb. 18470 nəfərin isə saxlanıldığı qeyd olunub.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar