Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ Venesuela neftinin ilk partiyasını satdı - 500 milyon dollara

Baxılıb: 8314     Tarix: 15-01-2026 12:46   

ABŞ Venesuela neftinin ilk partiyasını satıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı ABŞ administrasiyasındakı mənbəyə istinadən “CNN” yayıb.

Venesueladan müsadirə edilən neftin ilk partiyası 500 milyon dollara satılıb.

Bildirilib ki, yaxın günlərdə və həftələrdə əlavə neft satışı da gözlənilir.

Bununla yanaşı, “Semafor” portalı satışdan əldə olunan vəsaitin hazırda ABŞ tərəfindən nəzarət olunan bank hesablarında saxlanıldığını, əsas hesabın isə Qətərdə yerləşdiyini yazıb.

Xatırladaq ki, yanvarın əvvəlində Venesueladakı müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksəkkeyfiyyətli, sanksiyalı nefti ABŞ-a təhvil verməyə razılaşıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar