Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlin sonuna qədər Kubada hakimiyyət dəyişikliyinə nail olmaq istəyirlər

Baxılıb: 9210     Tarix: 22-01-2026 12:04   

“ABŞ Prezidenti Donald Trampın administrasiyası Kuba hakimiyyətini devirmək üçün bu ölkənin hökumətində ona dəstək ola biləcək şəxslərin axtarışına başlayıb”​.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, məqsəd 2026-cı ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyinə nail olmaqdır.

Mənbələrin sözlərinə görə, ABŞ administrasiyası Kuba iqtisadiyyatının çöküş astanasında olduğunu hesab edir. Amerikalı rəsmilərin fikrincə, ada dövlətinin hökuməti Venesuela Prezidenti Nikolas Maduronun timsalında son dərəcə vacib himayədarını itirdikdən sonra heç vaxt indiki qədər zəif olmayıb.

Bildirilir ki, ABŞ-nin Kubada hakimiyyəti devirmək üçün konkret planı olmasa da, Maduronun ələ keçirilməsini nümunə və xəbərdarlıq kimi nəzərdən keçirir.

Xatırladaq ki, ABŞ qüvvələrinin 2026-cı il yanvarın 3-də həyata keçirdiyi əməliyyat nəticəsində Nikolas Maduro və xanımı Siliya Flores ələ keçirilərək Nyu-Yorka aparılıblar. Daha əvvəl Donald Tramp Kuba hakimiyyətini hədələyən açıqlamalar vermişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar